IQNA

8:55 - September 03, 2018
Xəbər sayı: 3483784
İslam dünyasının məşhur misrli "mübtəhil"i Şeyx Əbdüttəvvab Bəsatini keçən həftənin üçüncü günü, 29 Avqust 2018-ci il, 72 yaşında ikən Bəsatin kəndində öz evində dünyasını dəyişdi.

İQNA-nın (Beynəxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam dünyasının məşhur misrli "mübtəhil"i Şeyx Əbdüttəvvab Bəsatini keçən həftənin üçüncü günü, 29 Avqust 2018-ci il, 72 yaşında ikən Bəsatin kəndində öz evində dünyasını dəyişdi.

Mərhum Şeyx Əbdüttəvvab Bəsatini  Misrin "Bəni Yusif" əyalətində anadan olub. 13 yaşında ikən Qurani-Kərimi əzbərləyib. İbtihalı Şeyx Əli Məhmud, Nəsruddin Tubar və Seyyid Nəqşbəndi kimi məşhur ustadlardan öyrənib. O, 30 il Misrin televiziya və radiosu ilə həmkarlıq edib.

Gözəl səsinə görə, ona "Şeyxul-Münşidinil-Ərəib" (Ərəb nəşid oxuyanlarının şeyxi) ləqəbini vermişdilər. 3742719  

 "Sübhanəkə Rəbbi, Sübhanək" ibtihalını (musiqi notları üzərində oxunan münacat, razu-niyaz) ilk dəfə 1985-ci ildə Misrin "Seyyid Saleh Cəfəri" məscidinə "mübtəhil" (ibtihalçı) mərhum Şeyx Əbdüttəvvab əl-Bəsatini oxumuşdur. 3743113

Həmin ibtihalın videosunu oxucularımıza təqdim edirik:

 

  

Ad:
E-poçt:
* Comment:
* captcha: