IQNA

6:27 - September 05, 2018
Xəbər sayı: 3483789
İslam dünyasının tanınmış Qurani-Kərim qarisi, “Şeyxul-əimmətil-hərəmeynil-şərifeyn” ləqəbli Şeyx Xəlil Əbdürrəhman Səudiyyə Ərəbistanın Mədinə şəhərində dünyasını dəyişib.

İslam dünyasının məşhur qarisi vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-ərəb əl-youm” qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İslam dünyasının tanınmış Qurani-Kərim qarisi, “Şeyxul-əimmətil-hərəmeynil-şərifeyn” ləqəbli Şeyx Xəlil Əbdürrəhman Səudiyyə Ərəbistanın Mədinə şəhərində dünyasını dəyişib.

Əslən Pakistandan olan Quran qarisi və bir çox qarilərin ustadı bir ömür Qurani-Kərim yolunda xidmət göstərdikdən sonra, cari həftənin birinci günü, 3 sentyabr 2018-ci il, vəfat edib və dünən, həftənin ikinci günü, 4 sentyabr 2018-ci il, Sübh namazından Bəqi qəbiristanlığında torpağa tapşırılıb.

İslam dünyasının tanınmış Qurani-Kərim qarisi, “Şeyxul-əimmətil-hərəmeynil-şərifeyn” ləqəbli Şeyx Xəlil Əbdürrəhman 1940-cı ildə Pakistanın Müzəffərabad şəhərində anadan olub. Sonralar İrana köçərk Tehranın “İrşad Hüseyniyyəsi”ndə Quran tədris edib. İranın Ərbabi və Sübhidel kimi məşhur qari və azançıları onun şagirdi olublar. O, bir müddət İrandan yaşadıqdan sonra Səudiyyə Ərəbistanına köçərək Məkkədə yaşamağa başlayır. Həmin zamandan vəfatınadək Quran tədris edirdi. Ərəbistanın Şeyx Məhəmməd Əyyub və Şeyx Məhmud Əyyub kimi Hicaz qariləri də onun şagirdlərindəndir.

http://iqna.ir/fa/news/3744025

Teqlər: Quran ، qari ، tərtil ، hicaz
Ad:
E-poçt:
* Comment:
* captcha: