İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ərəb Dölvətləri Birliyi Şurasının növbəti iclası 2019-cu ilin ilk aylarında keçiriləcəkdir.
Bu iclasa Sumali evsahibliyi edəcəkdir. Ərəb Dölvətləri Birliyi Şurasına üzv ölkələrin xarici işlər nazirləri Sumalinin paytaxtı Moqadişu şəhərində toplanacaqlar.
Beynəlxalq müşahidəçilərin fikrincə Sumalinin paytaxtında keçiriləcək bu iclas Sumalinin diplomtiya tarixində böyük bir hadisə hesab edilir.
Sumalinin xarici işlər naziri sosial şəbəkə hesabında yazdı: Sumali bu iclasda Ərəb Dölvətləri Birliyi Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iclasına rəhbərlik edəcəkdir.