IQNA

7:27 - September 18, 2018
Xəbər sayı: 3483886
Naxçıvanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “İslam filmləri həftəsi” Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyəti Paytaxtı olması ilə əlaqədar təşkil edilir.

Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sentyabrın 24-30-da Naxçıvan şəhərində “İslam filmləri həftəsi” keçiriləcək. 

Naxçıvan Muxtar respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “İslam filmləri həftəsi” Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyəti Paytaxtı olması ilə əlaqədar təşkil edilir.

Sentyabrın 24-də tamaşaçılar Elçin Musaoğlunun rejissorluğu ilə çəkilən Azərbaycan filmi “Nabat”a baxacaqlar. Sentyabrın 25-də və 27-də İran filmləri “Mən məktəbə getmək istəyirəm”, “Yağış”, 26-da Özbəkistan və Tacikistan kinematoqrafçılarının birgə istehsal etdiyi “Dahinin gəncliyi”, 28-də Türkiyə istehsalı olan “Ulak” filmi nümayiş etdiriləcək.
 
Sentyabrın 29-da kinosevərlər Azərbaycanda istehsal edilən “Niyyət” və “İslam filmləri həftəsi”nin son günü Türkiyə filmi olan “Eşqin rəqsi” sənədli filminə baxacaqlar. /maide.az/
Ad:
E-poçt:
* Comment:
* captcha: