IQNA

7:18 - September 19, 2018
Xəbər sayı: 3483894
Kərbəla əyalətinin hakimi TASUA və AŞURA əzadarlığı günlərində ölkənin nüfuzlu siyasi şəxslərinin əzadarlıq karvanlarının tərkibində və siyasi heyətlərin Kərbəla şəhərinə girişini qadağan etdi.

Siyasi heyətlərin Kərəbəlya girişi qadağan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla əyalətinin hakimi TASUA və AŞURA əzadarlığı günlərində ölkənin nüfuzlu siyasi şəxslərinin əzadarlıq karvanlarının tərkibində və həmçinin siyasi heyətlərin Kərbəla şəhərinə girişini qadağan etdi.

Şəhidləri ağası İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) müqəddəs məzarlarını ziyarətə gələn daxili və xarici zəvvarların çoxaldığını önə çəkən Kərbəla əyalətinin hakimi Üqəyl Türəyhi elan etdi: “Biz zəvvarların və həmçinin ürəkləri və evləri zəvvarların üzünə həmişə açıq olan olan Kərbəla əhalisinin təhlükəsizliyini təmin etməliyik. Buna görə də İmam Hüseyn (ə) ziyarətindən TASUA və AŞURA günlərində hər növ siyasi hədəflər sui-istifadə etmək qadağandır”.

O, siyasi heyətlərin Kərbəla şəhərinə girişinin qadağan edildiyini deyərək vurğuladı: Siyasi şəxsiyyətlər təkcə bir maşın ilə və silahsız şəhərə daxil ola bilərlər.

Həmin xəbərdə deyilir ki, Kərbəla əyalətinin Sağlamlıq Departamentinin baş direktoru Səbah Nur Hadi 92 nicat maşını, 72 həkim heyəti, 7 dövlət xəstəxanası, təcili yardım məntəqələri və zəvvarlara verilən qisa məhsullarına nəzarət edən 23 sanitar nəzarətçi qrupu Kərbəla şəhərinin müxtəlif yerlərində xidmətə hazır vəziyyətdə oluqlarını xəbər verib.   

http://iqna.ir/fa/news/3748082

Teqlər: iqna ، kərbəla ، tasua ، aşura
Ad:
E-poçt:
* Comment:
* captcha: