IQNA

8:39 - September 19, 2018
Xəbər sayı: 3483897
Səudiyyə Ərəbistanın Mədinə şəhərində “Məscidun-Nəbi (s)” ziyarətgahında Qurani-Kərimin təfsiri, qiraəti və hifzi üzrə beynəlxalq yarışlar keçiriləcək.

Mədinədə “Beynəlxalq Quran Yarışları” keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Mədinə şəhərində “Məscidun-Nəbi (s)” ziyarətgahında Qurani-Kərimin təfsiri, qiraəti və hifzi üzrə beynəlxalq yarışlar keçiriləcək.

Ərəbistanın “Məlik Əbdüləziz” adına beynəlxalq Quran yarışlarında dünyanın 82 ölkəsindən 115 nəfər iştirak edəcək.

Cavanları Qurani-Kərimin ayələrində tədəbbür və təfəkkür etməyə təşviq etmək hədəfi ilə təşkil edilən bu Quran yarışları 4 səviyyədə və 3 ixtisas üzrə (təfsir, hifz, qiraət) Oktyabr ayının 6-dan 11-dək keçiriləcəkdir.

Birinci səviyyədə Quranın hifzi və sözlərin lüğəvi izahı ixtisası üzrə 18, ikinci səviyyədə Quranın hifzi üzrə 45, üçüncü səviyyədə 20 cüzün hifzi üzrə 28 və dördüncü səviyyədə 5 cüzün hifzi üzrə 24 nəfər iştirak edəcəklər.

Yarışların dördüncü səthi müsəlmanların azlıq təşkil etdiyi ölkələr üçün nəzərdə tutulmuşdur.    

http://iqna.ir/fa/news/3748279

Ad:
E-poçt:
* Comment:
* captcha: