IQNA

7:33 - September 22, 2018
Xəbər sayı: 3483914
Çin dövləti müsəlman azlıqların uşaqları üçün xüsusi məktəblər təsis edib ki, bu məktəblərdə uşaqları ana dilində danışmağa qoymurlar və onlara Çinin rəsmi dili olan “mandarin” dilini öyrədirlər.

Çində Uyğur uşaqlarını ailədən uzaqlaşdırırlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çindən gələn son məlumatlara əsasən, dövlətin müsəlman azlıqlar əleyhinə ayrı-seçkilik siyasəti davam edir.

Çin dövləti müsəlman Uyğur türklərinin uşaqlarını ailələrindən zorla alaraq dövlətin nəzarətində olan yetim evlərinə göndərir.

Bu barədə Çindən İstambula sığınmış 29 yaşlı Mərifət adlı xanım məlumat verib. Mərifət və onun əri Türkiyədə birlikdə yaşasalar da, o hər gecə yuxudan qarabasma və kabusla oyanır. Çünki Çin dövləti onların dörd uşağını əllərindən alaraq yetimxanalara göndərmişdir.

Mərifət və əri İstambulda yaşayan xəstə və qoca atasına baş çəkmək üçün uşaqlarını qoca nənələrinin yanında qoyub Türkiyəyə gəlirlər. Bundan xəbər tutan Çin dövlətinin məmurları onları ölkədən qaçmaqda günahlandıraraq evlərinə soxulmuş və onların barəsində “sürgün” hökmü çıxarmışlar. Uşaqların qoca nənəsini həbs etmiş və uşalqrı da Sincan əyalətindəki yetimxanaya göndərmişlər.

Bu ailə belə müsibətlərə düçar olmuş minlərlə ailədən biridir. Çin dövləti həbs edilmiş müsəlmanların övladlarını zorla ailələrindən ayıraraq yetimxanalara verirlər.

Bundan əlavə Çin dövləti müsəlman azlıqların uşaqları üçün xüsusi məktəblər təsis edib ki, bu məktəblərdə uşaqları ana dilində danışmağa qoymurlar və onlara Çinin rəsmi dili olan “mandarin” dilini öyrədirlər.      

http://iqna.ir/fa/news/3748657

Teqlər: iqna ، çin ، uyğur
Ad:
E-poçt:
* Comment:
* captcha: