IQNA

5:44 - September 25, 2018
Xəbər sayı: 3483936
“Əhvazda törədilən terrorun arxasında ABŞ dayanır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri terrorçuları maliyələşdirir. Necə ki, Suriya və İraqda bu hücumları edirlər.”

Terroru törədənlər əmin olsunlar ki, çox ağır cavab alacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  Cakartada keçirilən Asiya Oyunlarının medalçıları ilə görüşüb keçirib. 

“Əhvazda törədilən terrorun arxasında ABŞ dayanır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri terrorçuları maliyələşdirir. Necə ki, Suriya və İraqda bu hücumları edirlər.” - "maide.az" saytının "mehr" agentliyinə istinadla verdiyi xəbərə deyilir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  Cakartada keçirilən Asiya Oyunlarının medalçıları ilə görüşdə deyib. 

İran tərəfində terroru törədənlər və onların havadarları ilə bağlı artıq bəzi məlumatların olduğunu qeyd edən  Ayətullah Xamenei dinc əhaliyə  hücum edilməsini  qorxaqlıq adlandırıb. 
“Bu acı hadisə bir daha onu göstərdi ki, İran xalqı düzgün yoldadır və çoxlu düşmənləri var. Terroru törədənlər əmin olsunlar ki, çox ağır cavab alacaqlar.”
Görüşdə Ayətullah Xamenei idmançılara beynəlxalq yarışlarda uğur qazanmalarına görə öz təşəkkürünü bildirib. 
“Düşmənlər yarışlarda iranlı idmançıların uğurlarından qəzəblənir. Vətənə medalla dönənlər həqiqətən böyük iş görüb.”
Ayətullah Xamenei iranlı idmançıların heç bir yarışda sionist rejimini təmsil edən rəqibləri ilə yarışmayacaqlarını bildirərək deyib ki, bəzən qəhrəmanlıq elə meydana çıxmamaqdır. “Biz inqilabdan sonra aparteid Cənubi Afrika və sionist rejimi tanımadıq və onlarla heç bir münasibətimiz olmadı. Aparteid Afrika rejimi bu gün süqut edib və artıq yoxdur. Sionist rejim də tezliklə süqut edib aradan gedəcək.”
Teqlər: İmam Xamenei ، Əhvaz ، İQNA ، terror ، Cakarta
Ad:
E-poçt:
* Comment:
* captcha: