IQNA

6:21 - September 25, 2018
Xəbər sayı: 3483937
İslam İnqilabının Ali Rəhbəri İraq-İran müharibəsi başlaydandan sonra ilk Cümə namazı xütbəsində düşmən “kiv”lərinin yaydığı şayiələrə cavab olaraq demişdi: “Biz döyüş meydanlarına sarı uçuruq”.

Ayətullah Xamenei: “Biz döyüş meydanlarına sarı uçuruq”İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xamenei həzrətləri İraq-İran arasında müharibə başladıqdan sonra qıldığı ilk Cümə namazı xütbəsində düşmən “kiv”lərinin yaydığı şayiələrə cavab olaraq demişdi: “Biz döyüş meydanlarına sarı uçuruq”.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının “Müqəddəs Müdafiə Həftəsi” münasibəti ilə İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xamenei həzrətlərinin həmin Cümə xütbəsinin audio yazısını və mətnini oxucularına təqdim edir:

 

“Eşitdim ki, İraqın (BƏƏS) muzdur(larının) təbliğat təşkilatı mənim adımı çəkərək ismarıc veriblər və şayiə yayıblar ki, “nə üçün danışanlar özləri meydana gəlmirlər”. Bizim meydana gəlməyimiz Səddam kimi kafirlərin meydan gəlməyi kimi deyil. Biz döyüş meydanlarına sarı uçuruq. O gün ki, İmam (Xomeyni) işarə edə və icazə verə, mən meydana gedən ilk şəxsəm. Biz illərdir ki, döyüş meydanları tərcübə etmişik. Özü də Səddamdan daha güclü və daha bədbəxtlərinin qarşısında və qələbə də çalmışıq. Bizim meydana getməyimizdə şəkk və şübhə yoxdur. Biz meydana gedəcəyik və əgər mən (meydana gedənlərdən biri olaraq) meydandan qayıtmasam və orada şəhid olsam da, yəqin bilin ki, meydana gedən digərləri meydandan qələbə qazanmamış geri dönməyəcəklər. – (mütərcim: yəni, siz sanmayın ki, Xameneini öldürsəniz, İnqilaba nəsə zərbə vuracaqsınız, yox, meydana gedənlərin hər birisi bir “xamenei”dir, onlar üçün fərq etmir ki, rəhbərləri döyüşdə olsun, ya olmasın, onlar Allah üçün vuruşurlar.)

Allah məğlubiyyət yolunu bizim üzümüzə bağlayıbdır.   

قُلْ هَلْ تَرَبَّصُونَ بِنا (ایها الکفار، ایها الصدام) إِلاَّ إِحْدَى الْحُسْنَيَيْنِ‏ وَ نَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَنْ يُصيبَكُمُ اللَّهُ بِعَذابٍ مِنْ عِنْدِهِ أَوْ بِأَيْدينا فَتَرَبَّصُوا إِنَّا مَعَكُمْ مُتَرَبِّصُون‏

“De: (ey kafirlər, ey Səddam və Səddam kimiləri) «Yoxsa bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa bir şey gözləyirsiniz? Biz də sizin barənizdə Allahın sizə Öz tərəfindən, ya bizim əlimizlə əzab yetirməsini (küfr halında həlak olmaq, yaxud küfr halında öldürülməyi) gözləyirik. Buna görə də gözləyin ki, biz də sizinlə gözləyənlərdənik». (Tövbə/52)

Bu iki yolun ikisi də bizim üçün iftixardır. Biri həmişəlik və daimi olan şəhidlik iftixarı və digəri zahiri qələbə yoludur. Və bu yolun hər ikisi bizim üçün qələbədir”.

Tehranın Cümə namazı xütbəsi, 4 Mehr, 1359-cu şəmsi ili (1980).

http://iqna.ir/fa/news/3749599

 

Ad:
E-poçt:
* Comment:
* captcha: