IQNA

İndoneziyanın iki şəhəri kütləvi qəbiristanlığa çevirildi

7:57 - October 09, 2018
Xəbər sayı: 3484019
İndoneziyanın iki şəhəri kütləvi qəbiristanlığa çevirildi
İndoneziyanın rəsmilər ı keçən həftə baş verən zəlzələ və sunamidə ölənlərin artıdığını, hadisə qurbanlarının sayının 2 min olduğunu və iki şəhərin tamamilə kütləvi qəbiristanlığa çevirildiyini deyiblər.

İndoneziyanın iki şəhəri kütləvi qəbiristanlığa çevirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın rəsmi məqamları keçən həftə baş verən zəlzələ və sunamidə ölənlərin sayının artıdığını, hadisə qurbanlarının sayının 2 min olduğunu və iki şəhərin tamamilə kütləvi qəbiristanlığa çevirildiyini deyiblər.  

İndoneziyanın silahlı qoşunlar qərargahının rəsmi sözçüsü Məhəmməd Tohir bu bardə dedi: Sentyabr ayının 28-də ölkənin Balu şəhəri və ətraf rayonlarda baş 7.5 rixter gücündə baş verən zəlzələdən əmələ gəlmiş dağıntılar altından 1944 nnəfərin cənazəsi çıxarılmışdır.

Hadisə qurbanlarının barəsində axtarış tədbirlərinin davam etdirildiyini deyən sözçü əlavə etdi: Hadisə nəticəsində 5 min nəfər də itkin düşüb ki, onların da dağıntılar altında qaldığı ehtimal olunur.

Tohir dağıntılar altında qalanların sağ tapılacağı barədə heç bir ümid qalmadığına işarə edərək vurğuladı: Cəsədlərin tapılması və sayının dəqiqləşdirilməsi barədə çalışılır. Dövlət istəyir ki, zəlzələ nəticəsində tamamilə dağılmış Balarua və Bitubu şəhərlərini kütləvi qəbiristanlığa çevirsin.

İndoneziyanın silahlı qoşunlar qərargahının rəsmi sözçüsü Məhəmməd Tohir İçməli suyun azlığına və çətin tapıldığına işarə edərək dedi: Regionda çıxılmaz vəziyyətdə qalmış 2 min nəfər üçün içməli su tapılmır.          

http://iqna.ir/fa/news/3753832

captcha