İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın milli "əs-Səfir" Qurani-Kərim yarışlarının 8-ci turu Qurani-Kərimin tilavəti və hifzi üzrə Kufə məscidində keçirilcək.
Kufə məscidinin idarə heyətinin rəisi Seyid Məhəmməd Məcid Musəvinin iştirakı ilə "əs-Səfir" mədəniyyət festivalının və bu festivalın proqramları çərçivəsində keçiriləcək Qurani-Kərim yarışlarının 8-ci turunun Rəbiul-Əvvəl ayında keçirilməsi üçün hazırlıq tədbiri keçirilib.
Kufə məscidinin Darul-Quran idarəsinin rəisi Seyid Adil Yasiri bu barədə deyib: "əs-Səfir" Quran festivalının keçirilməsi üçün ölkənin müxtəlif əyalətlərində fəaliyyət göstərən bütün Quran müəssisələrinə və müqəddəs məzarların idarə heyətlərinə dəvətnamələr göndərilib ki, bu ilin yarışlarında iştirak etmək üçün öz qari və hafizlərinin adlarını yarışların keçirilməsi komitəsinə göndərsinlər.
Kufə məscidinin ümumi əlaqələr şöbəsinin rəisi Əbdüləla İbrahimi "əs-Səfir" festivalının 8-ci turunun keçirilməsi üçün ölkənin elm ocaqlarına, Nəcəf elmi dini hövzəsinə, müxtəlif əyalətlərin universitet, institut və elmi-mədəni müəssisələrinə dəvətnamə göndərildiyini qeyd edib.