IQNA

14:43 - November 21, 2018
Xəbər sayı: 3484218
ABŞ konqresinin müsəlman nümayəndəsi İlihan Ömər səudiyyəli jurnalistin işi barədə dedi: Trampın qatillər barədə çıxışı onun əxlaqsızlığından xəbər verir və göstərdi ki, "ABŞ prezidentini pulla almaq olar".

Qaşıqçı işi göstərdi ki, TRAMP satılıqdır!İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika konqresinin müsəlman nümayəndəsi xanım İlihan Ömər öldürülmüş səudiyyəli jurnalistin məhkəmə işi barədə fikir bildirərkən dedi: Trampın qatillər barədə çıxışı onun əxlaqsızlığından xəbər verir və göstərdi ki, "ABŞ prezidentini pulla almaq olar".

Amerika konqresinin müsəlman nümayəndəsi xanım İlihan Ömər sosial şəbəkədki paylaşımında yazdı: "Bizim prezidentimiz bir daha sübut etdi ki, "vicdan"ı pul ilə almaq olmaz və digər tərəfdən də Səudiyyə hakimiyyəti sübut etdi ki, Amerika prezidentini pul ilə almaq olar".

Qeyd edək ki, keçən gecə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə bəyaniyyə yayaraq bildirib ki, Qaşıqçının kim tərəfindən öldürülməsi onu maraqlandırmır və ABŞ dövləti bir jurnalistə görə ölkəsinə milyonlar axıdan Ali-Səud dövləti ilə əlaqələrini poza bilməz.

Amerika konqresinin müsəlman nümayəndəsi xanım İlihan Ömər əslən Sumalidəndir. O, ABŞ-ın Demokratlar partiyasının üzvü və ilk hicablı xanımdır ki, Amerika konqresinə nümayəndə seçilə bilib.

http://iqna.ir/fa/news/3766022  

Ad:
E-poçt:
* Comment:
* captcha: