İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn (ə) ziyarətgahının idarə heyəti yoxsulların yerləşdirilməsi üçün sığınacaq mənzillərin tikilməsi layihəsini başlayıb.
Həzrət İmam Hüseynin (ə) Kərbəla şəhərindəki müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "Sibteyn Xeyriyyə Şirkətləri" təşkilatı Kərbəla və Babil yolunda kasıb və yoxsullar üçün sığınacaq mənzillərin tikilməsin layihəsinin başa çatdığını xəbər verib.
Bu layihənin icrasına nəzarətçi mühəndis Hüseyn Əli deyib: Kasıblar üçün sığınacaq evlərin tikilməsi layihəsinin icrası çərçivəsində yoxsullar üçün 150 və 120 kv.metrlik mənzillər tikiləcəkdir.
O əlavə edib: Yoxsulların sığınacaq mənzillər ilə təmin edilməsi layihəsi çərçivəsində yuxarıda göstərilən ölçüdə 1000 mənzil tikiləcəkdir.