Böyük islam peyğəmbərinin (s.ə) və imam Cəfər Sadiqin(ə) viladətinin ildönümü münasibəti ilə, islam inqilabının böyük rəhbəri müxtəlif məhkəmələrdə onlara qarşı höküm çıxarılmış 1086 məhkumun cəzasının əfv edilməsi, azaldılması, yaxud əvəz edilməsi təklifi ilə razılaşıblar.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "leader.ir" saytına istinadla xəbər verir ki, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Laricani islam inqilabının böyük rəhbərinə ünvanladığı bir məktubda öncədən məhkəmə hakimiyyətinin əfv komissiyası tərəfindən əfv şəraitinə malik olduğu müəyyənləşdirilmiş, sözü gedən məhkumların bağışlanması, hökmlərin yüngülləşdirilməsi, yaxud başqa cəzalarla əvəz edilməsinə dair təklif irəli sürmüşdür.
Bu təklif konstitusiyanın 110-cu maddəsinin 11-ci bəndinin icrası çərçivəsində Həzrət Ayətullahül-Üzma Xamenei tərəfindən qəbul edilib.
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə həbsdə olan 1086 nəfərin əfv olunması barədə fərman imzalayıb.
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, noyabr ayının 25-i İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür.