İraqın silahlı qoşunlarının hərbiçiləri arasında "Rəsulul-Əəzəm (s)" adına keçirilən 2-ci milli Qurani-Kərim yarışları dünən, həftənin ikinci günü, 27 Noyabr 2018-ci il başa çatıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın silahlı qoşunlarının hərbiçiləri arasında "Rəsulul-Əəzəm (s)" adına keçirilən 2-ci milli Qurani-Kərim yarışları dünən, həftənin ikinci günü, 27 Noyabr 2018-ci il başa çatıb.
İraqın silahlı qoşunlarının hərbiçiləri arasında "Rəsulul-Əəzəm (s)" adına keçirilən 2-ci milli Qurani-Kərim yarışları Noyabr ayının 27-də 120 nəfər qari və hafizin iştirakı ilə öz işinə başlamış və ilkin mərhələdə uğur qazanan 30 nəfər isə final mərhələsinə vəsiqə qazanmışdılar.
Qurani-Kərimin qiraəti və hifzi üzrə yarışların final mərhələsi və yekun mərasimi dünən axşam, həftənin ikinci günü, 27 Noyabr 2018-ci il, İraqın Bağdaddakı Hərbi İnformasiya Mərkəzinin "Şəhid Heydər Miyahi" adına salonunda keçirilib və qaliblər mükafatlandırılıblar.
Yarışlarda iştirak edən bütün hərbiçilərə və həmçinin bəzi dini şəxsiyyətlərə təqdirnamə təqdim edilib.