IQNA

Son altı ayda müsəlmanlara 608 dəfə hücum olunub

23:50 - November 30, 2018
Xəbər sayı: 3484262
"Tel-Mama" hüquq müəssisəsinin yadayığı hesabata əsasən, cari ilin (2018) ilk altı ayında İngiltərədə yaşayan müsəlmanlar irqçilər və islamofobistlər tərəfindən 608 dəfə hücuma məruz qalıblar.

Son altı ayda müsəlmanlara 608 dəfə hücum olunubİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Tel-Mama" hüquq müəssisəsinin yadayığı hesabata əsasən, cari ilin (2018) ilk altı ayında İngiltərədə yaşayan müsəlmanlar irqçilər və islamofobistlər tərəfindən 608 dəfə hücuma məruz qalıblar.

Cari ilin Yanvar ayından İyun ayınadək İngiltərədə islamofobiya zəminində baş verən hadisələri araşdıran "Tel Mama" hüquq müəsissəsi elan edib: Göstərilən müddətdə irqçilik zəminində baş verən 685 hadisənin 608-i islamofobiya mənşəlidir. Bu hadisələrin 58 faizi müsəlman qadınlara qarşı törədilib.

Həmin müəssisə qadınların bu hadisələrədə daha çox zərər çəkməsinin səbəbi kimi onların zəif cinsdən olması və hicab örtmələrini göstərib.

"Tel Mama" hüquq müəsissəsi bəyan edib ki, hadisələrin 45/3 faizində cinayətkar və hadisənin qurbanı arasında birbaşa münaqişə halı ilə və ya fərdin əmlakına zərər yetirməklə müşahidə olunub.

Bəyaniyyənin davamında deyilir ki, islamofobiya hadisələrinin 34 faizi (207-si) internet vasitəsi ilə həyata keçirilib. İnternet vasitəsi ilə həyata keçirilən cinayətlərin də 59 faizi "tyuter" soasial şəbəkəsi vasitəsi ilə törədilib.

Qeyd edək ki, İngiltərədə 2.8 milyon müsəlman yaşayır. Müsəlmanlar ölkə əhalisinin 4.4 faizini təşkil edirlər.    

http://iqna.ir/fa/news/3768195  

Teqlər: iqna ، ingiltərə ، islamofobiya
captcha