IQNA

21:28 - December 01, 2018
Xəbər sayı: 3484269
İslam Peyğəmbərinin (s) mövlud mərasimi müsəlmanların və xristianların vəhdətini nümayiş etdirmək hədəfi ilə İskəndəriyyənin "Sant Katrina" kilsəsinin amfi teatr salonunda keçirilib.

Kilsədə İslam peyğəmbərinin (s) mövlud bayramı keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Şənbə günü, 1 Dekabr 2018-ci il, Misrin İskəndəriyyə kilsəsində Həzrət Məhəmmədin (s) mövludu münasibəti ilə bayram mərasimi keçirilib.

İslam Peyğəmbərinin (s) mövlud mərasimi müsəlmanların və xristianların vəhdətini nümayiş etdirmək hədəfi ilə İskəndəriyyənin "Sant Katrina" kilsəsinin amfi teatr salonunda keçirilib.

Misrin kömrük xidmətlərinin təlim mərkəzinin təşəbbüsü ilə keçirilən mərasimdə İskəndəriyyə təhsil və maarif şöbəsinin müdiri Amal Əbdüzzahir və İskəndəriyyənin "Sant Katrina" kilsəsinin keşişi Vilyam Ləbib çıxış ediblər.

Mərasimdə çıxış edənlər Misrdə yaşayan qibti xristianlar və müsəlmanları ölkənin ruhu və cismi adlandırıblar. Keşiş Vilyam Ləbib vurğulayıb ki, peyğəmbərlər insanlara oxumaq və əxlaqı öyrətmək üçün gəliblər və biz də onların yolu ilə getməliyik. Biz bir-birimizi qəbul etməliyik. Müsəlmanlar və məsihilər birlikdə və bir-biririn kənarında bu vətənin qurucusudurlar.   

http://iqna.ir/fa/news/3768621  

Teqlər: iqna ، kilsə ، mövlud ، məscid ، qibti ، keşiş
Ad:
E-poçt:
* Comment:
* captcha: