IQNA

Tatarıstan 2019-ci ili "Quranın təfsiri" ili adlandırdı

0:31 - December 09, 2018
Xəbər sayı: 3484311
Rusiya Federasiyasının türk müsəlmanlar yaşadığı Tatarıstan Cümhuriyyətinin "Müsəlmanların Mənəvi İşlər Heyəti"nin keçirdiyi iclasda 2019-cu il "Quranın təfsiri ili" adlandırılıb.

Tatarıstan 2019-ci ili İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya Federasiyasının türk müsəlmanlar yaşadığı Tatarıstan Cümhuriyyətinin "Müsəlmanların Mənəvi İşlər Heyəti"nin keçirdiyi iclasda 2019-cu il "Quranın təfsiri ili" adlandırılıb.

Tatarıstan Cümhuriyyətinin "Müsəlmanların Mənəvi İşlər Heyəti"nin media şöbəsi elan edib ki, 2019-cu il "Quranın təsfiri ili"dir və bu ildə Tatarıstanın "müfilər idarəsi" tərəfindən Qurani-Kərimin təfsiri Rus və Tatar dillərində tədris ediləcək və təfsir kitabları çap və nəşr olunacaqdır.

Rusiya Federasiyasının türk müsəlmanlar yaşadığı Tatarıstan Cümhuriyyətinin "Müsəlmanların Mənəvi İşlər Heyəti"nin keçirdiyi iclasda qərara alınıb ki, dini mərkəzlərin imamlarının səlahiyyətlərinin təsdiqi ilə bağlı qanunlarda islahatlar aparılasın.

İclasda dini mərkəzlərin səlahiyyətinin təsdiqlənməsi üçün lazım olan qanunların islahı və "Müsəlmanların Mənəvi İşlər Heyəti"nin ümumi iclaslarının təşkilinin tarixləri müzakirə edilib.

Rusiya Federasiyasının türk müsəlmanlar yaşadığı Tatarıstan Cümhuriyyətinin paytaxtı Kazan şəhəridir. Tatarıstanın 4 milyona yaxın cəmiyyəti vardır ki, onların çoxu tatarlar və ruslardır.

http://iqna.ir/fa/news/3770378

Teqlər: iqna ، kazan ، tatarıstan
captcha