IQNA

7:19 - December 11, 2018
Xəbər sayı: 3484322
Türkiyənin baş naziri Süleyman Söylü Mərakeşdə keçirilən Beynəlxalq Miqrasiya Müqaviləsi konfransındakı çıxışında dedi: Türkiyədə 3,611,834 nəfər Suriyalı qaçqın yaşayır.

Türkiyə: 3.5 milyon suriyalı qaçqına evsahibliyi edirikİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin baş naziri Süleyman Söylü dedi: Türkiyə cümhuriyyəti 3 milyon 500 min nəfər Suriyalı qaçqına evsahibliyi edir.

Türkiyənin baş naziri Süleyman Söylü Mərakeşdə keçirilən Beynəlxalq Miqrasiya Müqaviləsi konfransındakı çıxışında dedi: Türkiyədə 3,611,834 nəfər Suriyalı qaçqın yaşayır.

O əlavə etdi: Türkiyənin müxtəlif təhsil müəssisələrində 916 min nəfərdən çox uşaq və böyük təhsil alır.

Türkiyənin baş naziri Süleyman Söylü vurğuladı: Türkiyənin təhlükəsizlik qüvvələri və sərhəd qoşunları cari ilin əvvəlindən indiyədək 251794 nəfər qeyri-qanuni miqran həbs edib. Bu rəqəm keçən ilkinə nisbətən 52% çoxalmışdır.    

http://iqna.ir/fa/news/3771319  

Ad:
E-poçt:
* Comment:
* captcha: