IQNA

0:15 - December 15, 2018
Xəbər sayı: 3484349
Misrin əl-Əzhər İslam Mərkəzinin "Darul-Fətva" idarəsi qeyri-müsəlmanlara onların bayramları münasibəti ilə təbrik deməyi caiz və bunu İslam dininin təlimlərinə uyğun hesab edib.

FƏTVA: Xristianlara təbrik demək olarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin "Darul-Fətva" idarəsi qeyri-müsəlmanlara onların bayramları münasibəti ilə təbrik deməyi caiz və bunu İslam dininin təlimlərinə uyğun hesab edib.  
Misrin "Darul-Fətva" idarəsi elan edib: İslam dininin təlimləri müsəlmanları qeyri-müsəlmanların bayramlarını təbrik etməyə təşviq edir. Bu məsələ Peyğəmbərin (s) həyat tərzinin (sirə) əxlaqi dəyərlərinə  uyğundur.
Misrin əl-Əzhər İslam Mərkəzinin "Darul-Fətva" idarəsi video formatında yayımladığı bu bəyanatda vurğulayır: İslam dini əqidəsindən asılı olmayaraq hamı ilə tolerant yaşamağa tövsiyə edib. Həmçinin qeyri-müsəlmanlara hədiyyə verməyi və onlardan hədiyyə qəbul etməyi də tövsiyə etmişdir.
Bəyaniyyədə deyilir: İlahi peyğəmbərlərin (ə) miladı bütün bəşəriyyət üçün sülh və xeyirdir. İslam dini sülh, rəhmət, yaxşılıq və "sileyi-rəhim" dinidir. Allah-Taala Ənbiya surəsinin 107-ci ayəsində buyurur: "Biz səni aləmlərə rəhmət göndərdik".
Misrin "Darul-Fətvası" bu video ismarıcın sonunda müsəlmanlardan istəyib: Peyğəmbərin (s) həyat tərzinə və sünnəsinə əməl edərək radikal və təəssübçü dəstələrin tələsinə düşməyin. Çünki radikallar onların qapalı düşüncə metoları ilə razılaşmayanları təkfir edirlər.
http://iqna.ir/fa/news/3772252

Ad:
E-poçt:
* Comment:
* captcha: