IQNA

11:24 - December 18, 2018
Xəbər sayı: 3484371
Əlil hacılar üçün tədarük görülmüş xüsusi xidmətlər sırasında savadlı həcc əməlləri bələdçisi, "bril" əlifbası ilə çap edilmiş Quran nüsxələri, "bril" əlifba ilə çap edilmiş dini kitablar da vardır.

Əlil hacılar üçün xüsusi imkanlar yaradılırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı əlil hacılara xidmət üçün Mədinə və Məkkədə xüsusi imkanlar yaradır.  

Əlil hacılar üçün tədarük görülmüş xüsusi xidmətlər sırasında savadlı həcc əməlləri bələdçisi, "bril" əlifbası ilə çap edilmiş Qurani-Kərim nüsxələri, "bril" əlifba ilə çap və nəşr edilmiş dini kitablar, əlilləri namaza və məscidlərə aparmaq üçün köməkçilər də vardır.

Məkkə və Mədinə şəhərlərində əlil hacılar üçün elektrik əlil arabaları da onların ixtiyarına veriləcəkdir ki, Həcc əməllərini rahatlıqla yerinə yetirə bilsinlər.

Bundan əlavə əlillər üçün, xüsusi ilə də eşitməyən hacılar üçün elektron qələmlə işləyən Quran nüsxələri hazırlanmış və müqəddəs məkanlarda yol nişanları qurulmuşdur.    

Məscidul-Həram və Məscidun-Nəbinin daxili işlərinin koordinatoru Əhməd əl-Bərəqati deyib ki, əlil şəxslərin yüksək motivasiya gücü və xüsusi iradə və qüdrətləri vardır. Buna görə, onların da Həcc əməllərini öz istədikləri şəkildə yerinə yetirməsi üçün bu imkanlar yaradıldı.  

http://iqna.ir/fa/news/3773180

Teqlər: quran ، bril ، həcc ، əlil
Ad:
E-poçt:
* Comment:
* captcha: