IQNA

8:26 - December 22, 2018
Xəbər sayı: 3484396
İndoneziyanın paytaxtı Cakarta şəhərində çinli müsəlman ailə tərəfindən tikilən "Rəmli Müsəffa" məscidi Hindistanın "Tac Mahal" məscidinin memarlığı üslubunda tikilmişdir.

Cakarta məscidində İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın paytaxtı Cakarta şəhərində tikilən "Rəmi Müsəffa" məscidi Hindistanın "Tac Mahal" məscidinin memarlığı üslubunda tikilmişdir.

Dünyanın yeddi möcüzəsindən biri olan və Təbrizli memarların tikdiyi Tac Mahal türbəsinin oxşarı olan bu məscidi hər gün onlarla xarici turis ziyarət edir.

Bu məscid Çindən Cakartaya hicrət etmiş müsəlman bir ailə tərəfindən tikilib və 2016-cı ildə müsəlmanların istifadəsinə verilib.

Məscidin idarə heyətinin rəisi və məscidin təsisçisinin oğlu Fiyan Rəşidin bu barədə deyir:

"Atam bu məscidi İslam dinini qəbul etməsi şərəfində hidayət simvolu olaraq tikdirdi. Tac Mahal Hindistan padşahının öz xanımına olan eşqinin simvoludursa, "Rəmli Müsəffa" məscidi də atamın Allaha olan eşqinin simvoludur.

Məscidin girişində lövhələr üzərinə Həmd və Qariə surələri Çin dilində tərcümə ilə yazılıb. Bu lövhələr turistlərin diqqətini özünə çəkir.

İndiyədək bu məsciddə 80 nəfər İslam dinini qəbul edib. Atam da 19 yaşında ikən 1964-cü ildə çinli müsəlmanların əxlaqının təsirinə düşür və İslam dinini qəbul edib. Daha sonra isə İndoneziyanın Açe şəhərinə köçüb.

Qeyd edək ki, İndoneziyanın 260 milyon cəmiyyəti vardır. Əhalinin 86 faizi müsəlmanlardır. Asiyanın cənub şərqində yerləşən bu ölkəyə İslamı müsəlman dənizçilər gətiriblər.     

http://iqna.ir/fa/news/3773943  

مسجد «تاج محل» اندونزی سمبل عشق به خداوند

مسجد «تاج محل» اندونزی سمبل عشق به خداوند
 
مسجد «تاج محل» اندونزی سمبل عشق به خداوند
Ad:
E-poçt:
* Comment:
* captcha: