IQNA

22:52 - December 26, 2018
Xəbər sayı: 3484424
Bosniyanın Kakanj şəhərində 2018-ci ilin son gün və 2019-cu ilin ilk gecəsi, yeni il gecəsi və Milad bayramı münasibəti ilə "Quranla bir gecə" adlı üns məclisi keçiriləcəkdir.

Bosniyada Quranla üns məclisi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bosniyanın Kakanj şəhərində yeni il gecəsi Milad bayramı münasibəti ilə "Quranla bir gecə" adlı üns məclisi keçiriləcəkdir.

Bu mərasim Bosniya və Hersoqoviniyanın Müsəlmanların İşi İdarəsinin (Məşixiyyət) təşəbbüsü ilə 2018-ci ilin son günü, yeni ilin (2019) ilk gecəsi keçiriləcəkdir.

Quranla üns məclisində Türkiyə və Balkan ölkələrinin məşhur qariləri Quran tilavət edəcək, xətiblər danışacaq və dini nəğmə qrupu ilahilər səsləndirəcəklər.   

20 yaşı olan bu proqramın keçirilməsinin əsas hədəfi insanları, xüsusi ilə də cavanları mənəvi mərasimlərdə iştirak etməyə həvəsləndirməkdir.

http://iqna.ir/fa/news/3775744

Ad:
E-poçt:
* Comment:
* captcha: