IQNA

9:46 - December 30, 2018
Xəbər sayı: 3484443
IRCICA - İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzi, İran İslam Respublikasının alim və araşdırmaçılarını bu mərkəzin məqalələrinin yazılması və nəşri üçün həmkarlığa dəvət edib.

IRCICA iranlı araşdırmaçıları həmkarlığa dəvət etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, IRCICA - İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzi, İran İslam Respublikasının alim və araşdırmaçılarını bu mərkəzin məqalələrinin yazılması və nəşri üçün həmkarlığa dəvət edib.

Bu barədə İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzinin rəisi Xalid Ərən Türkiyənin İstambul şəhərində İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin işçisi Kuruş Müqtədiri ilə görüşündə xəbər verib.

İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzinin rəisi deyib: Biz iranlı yazar və araşdırmaçılardan istəmişik ki, ölkələrinin İslam tarixi barədə məqalələrini bizə göndərsinlər.

Beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi çərçivəsində baş tutan bu görüşdə İRCİCA-nın rəisi vurğulayıb: Bizim İranla İslami incəsənət və mədəniyyət tarixinin və əsərlərinin tanıtdırılması sahəsində yaxın əməkdaşlığımız var. Hazırda da İslam dünyası tarixinin araşdırılmasında həmkarlıq edirik.

Qeyd edək ki, İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin məsulları bu görüş çərçivəsində İRCİCA-nın İstambuldakı kitabxanasına baxış keçiriblər.

http://iqna.ir/fa/news/3776673  

Teqlər: iqna ، IRCICA ، iir ، istambul ، tarix
Ad:
E-poçt:
* Comment:
* captcha: