IQNA

9:23 - January 02, 2019
Xəbər sayı: 3484461
Kanadanın Toronto şəhərinin Cəfəri Şiələr Cəmiyyəti (Jaffari Community Centre) müxtəlif təlim və istirahət proqramları ilə xüsusi əlilliyi olan uşaqların ailəsinə kömək edir.

Torontolu şiələr bəzi xüsusi xəstələrə dəstək olurlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Toronto şəhərinin Cəfəri Şiələr Cəmiyyəti (Jaffari Community Centre) müxtəlif təlim və istirahət proqramları ilə xüsusi əlilliyi olan uşaqların ailəsinə kömək edir.

Kanadanın Toronto şəhərinin Cəfəri Şiələr Cəmiyyəti (JCC) bu məqdəslə könüllülərdən ibarət komitə yaratmış və əlil uşaqları olan ailələrin ehtiyaclarını təmin etmək hədəfi ilə "xüsusi ehtiyaclı ailələrə dəstək şəbəkəsi" (SNSN) təşkil etmişdir.

Bu mərkəz həmçinin əlil uşaqların ailələrinə bəzi təlim və istirahət proqramlarda, o cümlədən bouling, qabların rənglənməsi, alış-verişə və pikniyə getməkdə evsahibliyi edir.

Kanadanın Toronto şəhərinin "əs-Sadiq İslam Mədrəsəsi"nin nəzdində fəaliyyət göstərən Cəfəri Şiələr Cəmiyyətinin (JCC) bu cür xeyriyyə proqramlarına şiələr, məscidlər və şəxslər maddi baxımdan dəstək olurlar.

http://iqna.ir/fa/news/3777607

مسجد شیعیان تورنتو، مرکزی برای حمایت از بیماران خاص

Kanadanın Toronto şəhərinin Cəfəri Şiələr Cəmiyyəti (Jaffari Community Centre)

Teqlər: iqna ، toronto ، kanada ، əlil uşaqlar
Ad:
E-poçt:
* Comment:
* captcha: