IQNA

23:50 - January 04, 2019
Xəbər sayı: 3484469
Türkiyənin Humanitar Yardım Təşkilatı (İHH) keçən milad ilində (2018) dünyanın 10 ölkəsində müsəlmanlara 51 min nüsxə Qurani-Kərim payladığını elan edib.

Dünyanın 10 ölkəsində 51 min Quran paylayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Humanitar Yardım Təşkilatı (İHH) dünyanın 10 ölkəsində müsəlmanlara 51 min nüsxə Qurani-Kərim payladığını elan edib.

Türkiyənin Humanitar Yardım Təşkilatı (İHH) dünən, həftənin Cüməaxşamı günü yaydığı bəyaniyyədə elan edib: Türkiyə cümhuriyyətinin humanitar yardımlar vəfqi keçən il (2018) dünyanın 10 öləsində, o cümlədən Rusiya federasiyasının Krım muxtar vilayətində, Macarıstanda və Nigeriyada əlli bir min Quran nüsxəsi paylayıb.

Bəyaniyyədə dünyanın müxtəlif ölkələrində, xüsusi ilə də Afrika qitəsində yaşayan müsəlmanların vəziyyətinin və məişət tərzinin ağır və çətin olduğuna işarə edərək müsəlmanlar üçün Quranı hifz etməyin və öyrənməyin də problemlərlə üzləşdiyini deyib.  

Türkiyənin Humanitar Yardım Təşkilatı (İHH) elan edib: Bu təşkilat xeyriyyəçilərin və maddi yardım baxımından kömək edənlərin vasitəsi ilə Qurani-Kərim nüsxələri şagird və tələbələr arasında paylanılıb.

 http://iqna.ir/fa/news/3778172

Teqlər: iqna ، Quran ، türkiyə
Ad:
E-poçt:
* Comment:
* captcha: