IQNA

17:01 - January 05, 2019
Xəbər sayı: 3484473
Yəməndə vəban toksinlərinin ən pis növünün yayılmasının mənşəyi aşkar edilib. Bu barədə xəstəliyin yayılması ilə bağlı Yəməndə araşdırmaq aparan alimlər xəbər veriblər.

Yəməndə vəbanın mənşəyi tapılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəməndə vəban toksinlərinin ən pis növünün yayılmasının mənşəyi aşkar edilib. Bu barədə xəstəliyin yayılması ilə bağlı Yəməndə araşdırmaq aparan alimlər xəbər veriblər.
İngiltərənin "Wellcome Sanger Institute" tədqiqat müəsissəsinin və Fransanın "Pasteur" araşdırma mərkəzinin alimləri hesab edilər ki, bu xəstəlik Yəmənə Afrikanın şərqindən gəlib. Xəstəliyin virusunu miqrantlar yayıblar.
Araşdırmaçılar ümid edirlər ki, əldə edilmiş məlumat əsasında gələcəkdə bu epidemiyanın qarşısını ala və onun yayılması ilə mübarizə edə biləcəklər.
Bu layihə üzərində işləyən alimlər Yəməndə vəba toksinləri daşıyan 42 xəstənin və Asiyanın cənubunda, Orta Şəqr və Afrikanın şərqində bu xəstəliyə yoluxan 74 nəfərin üzərində tədiqaqat aparıblar. Araşdırmanın nəticələrinə görə, bu xəstəlik 2012-ci ildə Asiyanın cəbununda yayılıb. Amma Yəməndəki vəbanın mənşəyi birbaşa Asiyaya aid deyil. Yəməndəki vəbanın mənşəyi Afrikanın şərqində 2013-2014-cü illərdə yayılmış edidimiyaya qayıdır.
Qeyd edək ki, 2016-cı ildən indiyədək Yəməndə 1 milyon nəfər bu xəstəliyə yoluxub. Onlardan 2 min 770 nəfəri canını itirib.    
http://iqna.ir/fa/news/3778304

Teqlər: yəmən ، vəba ، epidemiya
Ad:
E-poçt:
* Comment:
* captcha: