İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin rəisi Şeyx Əhməd Təyyibin ölkədən çıxışı və xarici ölkələrə səfəri qadağan edildi. O, ölkə prezidentinin şəxsi icazəsi olmadan heç bir xarici səfərə gedə bilməz.
Misrin prezidenti Əbdülfəttah əs-Sisi gözlənilməz və analoqsuz bir fərmanla ölkənin baş naziri, parlament nümayəndələri, müstəqil heyət və təşkilatların rəhbərləri, təhlükəsizlik idarələrinin məsulları və dövlət rəsmilərinə icazəsiz xarici səfərlərə çıxmağı qadağan edib.
Bu fərman dövlət idarələrində, nazirliklərdə rəhbər vəzifələrdə çalışanlara və həmçinin nazirlər şurasının üzvləri, o cümlədən əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyibə də aiddir.
Misrin prezidenti Əbdülfəttah əs-Sisinin gözlənilməz qərarı ictimai və siyasi aktivistlərin və sosil şəbəkə istifadəçilərinin etirazı ilə qarşılanmışdır. Onlar bu qərarı hakimiyyətin bütün orqan və təşkilatları öz nüfuzu altına keçirməsi kimi qiymətləndiriblər.
Sosial şəbəkə istifadəçələri bu hökmü əl-Əzhər İslam Mərkəzinin dünya ictimaiyyətindəki elmi və dini şən və məqamına təhqir adlandırıblar.