IQNA

12:15 - January 18, 2019
Xəbər sayı: 3484542
İslam dünyasının görkəmli filosofu və alimi mərhum Molla Sədra Şirazinin "Hikmətul-Ərşiyyə" kitabı Almaniyalı professor Runald Piçin tərəfindən tərcümə, çap və nəşr edilərək kitab bazarına çıxarılıb.

Molla Sədranın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam dünyasının iranlı məşhur və görkəmli filosofu və din alimi mərhum Molla Sədra Şirazinin "Hikmətul-Ərşiyyə" kitabı Almaniyalı professor Runald Piçin tərəfindən tərcümə, çap və nəşr edilərək kitab bazarına çıxarılıb.

Molla Sədra və ya Sərül-Mütəəllihin ləqəbi tanınan Sədruddin Məhəmməd ibn İbrahim Qəvam Şirazi İranda yaşayan məşhur irfan, kəlam, təfsir alimi və şiə filosofudur. O, İslam hicri-qəməri tarixi ilə 11-ci əsrdə İslam dünyasında "hikmətül-mütəaliyə" adlı yeni bir fəlsəfi məktəbi təsis və İslam dünyasının fəlsəfi düşüncəsində inqilab etmişdir. Onun əsərlərini ondan öncəki 1000 illik fəlsəfi düşüncənin öz dövrünün İslami təfəkkürü ilə təlfiqi hesab etmək olar.

"Hikmətul-Ərşiyyə" Molla Sədranın mühüm əsərlərindən biridir. Bu kitab müxtəlif dillərə tərcümə edilmişdir. İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Mərkəzinin həftəlik bülleteninin 406-cı sayında bu kitabın 2019-cu ildə, 177 səhifədə Alman dilinə tərcümə, çap və nəşr edildiyi barədə məlumat verilib.

"Hikmətul-Ərşiyyə" kitabı xülasə şəkildə İslamın əsas əqidə prinsiplərini, yəni Allahın vücudu, ruh və bədənin əlaqəsi, Qiyamət günü və məad və cənnət və cəhənnəmin xüsusiyyətlərini dəlillər ilə açıqlayıb.   

Kitabın mütərcimi professor Runald Piç kitabı Ərəbcədən tərcümə etmişdir. O, kitabın girişini Molla Sədranın metafikası ilə başlamışdır. Əsərin dərkənarları oxuculara kömək edir ki, qərb dünyasında hələ yaxşı tanınmayan bu kitabı yaxşı dərk etsinlər.  

http://iqna.ir/fa/news/3782080  

«حکمت العرشیه» ملاصدرا در بازار نشر آلمان

Ad:
E-poçt:
* Comment:
* captcha: