IQNA

14:54 - January 19, 2019
Xəbər sayı: 3484551
Taylandın cənubunda silahlı şəxslər tərəfindən bütpərəstlərin məbədinə hücum edilib. Hücum zamanı iki kahin öldürülüb və digər iki nəfər yaralanıb. Hadisə müsəlman ruhaninin öldürüldüyü ərazidə baş verib.

Taylandın cənubunda məbədə hücum edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Taylanın cənubunda naməlum silahlı şəxslər tərəfindən bütpərəstlərin məbədinə hücum edilib. Hücum zamanı iki kahin öldürülüb və digər iki nəfər yaralanıb.

Taylandın polsinin məlumatında görə, hadisə həftənin Cümə günü (18 Yanvar 2019-cu il) ölkənin cənubunda yerləşən Ratanavbaba məbədində baş verib. Məlumatda bu da deyilir ki, keçən həftənin Cümə günü həmin ərazidə Came məscidinin imamı da terror edilərək öldürülmüşdü.  

Taylandın hərbi sistemi hər iki qətl hadisəsəni kəskin qınayaraq hər iki hadisənin amillərinin tapılaraq cəzalandırılmasını istəyib və elan edib ki, dövlət sakinlərin təhlükəsizliyini təmin etmək üçün tam gücü ilə çalışacaqdır.

Qeyd edək ki, əksəriyyəti bütpərəst olan Taylandın Malaziya sərhədində yaşayan müsəlmanlar 2004-cü ildən muxtariyyət tələb edirlər. Bu məsələyə görə baş verən qarşıdurmalarda indiyədək 1000 nəfərdən çox sivil vətəndaş həyatını itirmişdir.

http://iqna.ir/fa/news/3782379  

Ad:
E-poçt:
* Comment:
* captcha: