İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin "Məktum Quran Hifzi Mərkəzləri İdarəsi" keçən il (2018) ərzində bu mərkəzin Quran hifzi təlimlərində 2600 nəfərin iştirak etdiyini bildirib.
BƏƏ-nin İslami İşlər İdarəsi və İslami Xeyriyyə Fondları Təşkilatının nəzdində fəlaiyyət göstərən Məktum Quran Hifzi Mərkəzləri İdarəsinin bu barədə yaydığı məlumatda deyilir ki, bu təşkilatın Quran mərkəzlərinə müxtəlif yaş qurpları arasından qız və oğlanlardan ibarət 2600 nəfər şagird qəbul olunub.
Məktum Quran Hifzi Mərkəzləri İdarəsinin direktoru Həmd Məhəmməd Xəzrəci əlavə olaraq bildirib ki, təşkilatın Quran hifzi mərkəzlərində təhsil alan 2600 nəfərin 972 nəfərini oğlanlar və 1600 nəfərini qızlar təşkil edir. Onların arasında BƏƏ-nin öz vətəndaşları və bu ölkədə yaşayan xaricilər də var.
İl ərzində qız uşaqları üçün 74 dərs saatı və oğlanlar üçün 101 dərs saatı təşkil olunmuşdur. Təlimçilərin isə 68 nəfər kişi və 118 nəfəri xanım olub.
Məktum Quran Hifzi Mərkəzləri İdarəsinin hesabatında deyilir ki, bir il ərzində təhsil alan 2600 nəfər şagirdin 8 nəfəri oğlan və 24 nəfəri qız olmaqla 24 nəfəri Qurani-Kərimi bötöv hifz ediblər.