İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Vəqflər Nazirliyi (İslami Fondlar) cari ilin Fevral ayında ölkənin müxtəlif ərazilərinə 44 yeni məscidin açılış mərasimi keçiriləcəyini və müsəlmanların istifadəsinə veriləcəyini xəbər verib.
Misrin Dövlət Mühəndislik İşləri Mərkəzi İdarəsinin rəisi Məcdi Əbu-Eyd bu barədə deyib: İslami Fondlar Nazirliyi bu idarənin məscidlərə xidmət proqramı çərçivəsində tikilmiş yeni məscidlərin və habelə təmir edilərək yenidən istifadəyə yararlı vəziyyətə gətirilmiş ibadət ocarlarının açılış mərasimini keçirəcəkdir.
O əlavə edib: Bu məscidlərin ölkənin İslami Fondlar Nazirliyinin tam dəstəyi və vəsaiti ilə tikilmiş və təmir edilmişdir. əl-Büheyrə, əl-Mənufiyyə, əl-Minya, əl-Cizyə əyalətlərinin hər birində 2 məscid, Qəna və Bəni Yusif əyalətlərində 4 məscid, Suhacda 14 məscid, İsmailiyyədə 2 məscid, Qəlyubiyyədə 1 məscid, Şərqiyyədə 3 məscid, Dəqhəliyyədə 2 məscid, Suizdə 2 məscid, Mərsi və Mətruhdə 4 məscid istifadəyə hazırdır.