İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin bazar günü, 3 Fevral 2019-cu il, Fələstinin işğal edilmiş Qəbr Sahillərində doqquz fələstinli işğalçı sionist İsrail rejimi tərəfindən həbs edilib.
Bu barədə Məğrib əl-Yovm informasiya portalı xəbər yayıb. Xəbərdə deyilir ki, sionist silahlıları dünən, həftənin bazar günü, işal edilmiş Fələstin ərazilərində yaşayan müsəlmanlara hücum ediblər.
Fələstinli Əsirlər Birliyinin dünən verdiyi bəyaniyyədə qeyd olunan məlumata görə, işağlçı sionist rejiminin silahlı qüvvələri işğalda olan Fələstinin qərb sahillərində əl-Xəlil, Beyt-Ləhm və Nablosda evlərə hücum edərək doqquz fələstinlini həbs ediblər.