IQNA

Bin Salman çinli müsəlmanların hüquqlarının pozulmasını göz yumdu

14:56 - February 23, 2019
Xəbər sayı: 3484734
Səudiyyə Ərəbistanı kralının vəliəhdi Məhəmməd bin Salman Çinin prezidenti ilə görüşəndə bu ölkədən yaşayan müsəlman azlıqların Çin dövləti tərəfindən əzilməsi və hüquqlarının pozulmasına dəstək oldu.

Bin Salman çinli müsəlmanların hüquqlarının pozulmasını göz yumduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı kralının vəliəhdi Məhəmməd bin Salman Çinin prezidenti ilə görüşəndə bu ölkədən yaşayan müsəlman azlıqların Çin dövləti tərəfindən əzilməsi və hüquqlarının pozulmasına dəstək oldu.

Halbuki bütün dünya müsəlmanları, o cümlədən Uyğurların gözləntisi bu idi ki, özlərini iki şərəfli hərəmin (Mədinə və Məkkə) xidmətçisi adlandıran bu rejim Çində müsəlmanların hüquqlarının kobud şəkildə pozulmasına sərt reaksiya versin. Amma Bin Salman bu mövzuya heç bir işarə etmədiyi səfəri ilə Çin dövlətinin müsəlmanlara qarşı zülmlərini dəstəkləmiş oldu.

Bin Salman bu barədə sakit qalmaqla kifayətlənməyib müsəlmanların əleyhinə danışaraq dedi: Biz Pekinin terrorizm əleyhinə və milli təhlükəsizliyini qorumaq üçün atdığı addımları müdaifə edirik. Və Çinlə əlaqələrimizi gücləndirməyə hazırıq.

Qeyd edək ki, Çinin Sincan əyalətində 10 milyona yaxın Uyğur müsəlmanları yaşayırlar. Çin dövləti onların hüquqlarını zorakılıqla pozur, onlara qarşı mədəni, dini, iqtisadi və milli ayrıseçkilik edir. Bir milyon müsəlman məcburi düşərgələrdə acınacaqlı halda yaşayırlar.

http://iqna.ir/fa/news/3792472

Teqlər: iqna ، səudiyyə ، çin ، uyğur ، bin salman
captcha