IQNA

Misrin beynəlxalq Quran yarışları "Şeyx Hüsəri"nin adına keçiriləcək

14:46 - March 08, 2019
Xəbər sayı: 3484808
Misrin cari ildə keçiriləcək 26-cı Beynəlxalq Qurani-Kərim yarışları bu ölkənin məşhur tərtil tilavəti qarisi Şeyx Məhmud Xəlil Hüsərinin adına keçiriləcək.

Misrin beynəlxalq Quran yarışları İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin cari ildə keçiriləcək 26-cı Beynəlxalq Qurani-Kərim yarışları bu ölkənin məşhur tərtil tilavəti qarisi Şeyx Məhmud Xəlil Hüsərinin adına keçiriləcək.

Bu barədə Misrin Dini Fondlar (Vəqflər) İdarəsinin rəisi Məhəmməd Muxtar Cümə məlumat verib.

Misrin 26-cı Beynəlxalq Qurani-Kərim yarışları Mart ayının 23-də ölkənin Ciyzə əyalətinin "6 Oktyabr" şəhərinin "Dini mübəlliğlərin və camaat imamlarının yetişdirilməsi akademiyası"nda başlayacaq və 29-dək davam edəcəkdir.

Qeyd edək ki, Misrin dünya şöhrətli məşhur tərtil tilavəti qarisi Şeyx Məhmud Xəlil Hüsəri 1917-ci ilin Sentyabr ayının 17-də anan olub və 1980-cı il Noyabr ayının 27-dən vəfat etmişdir.

Hüsəri 1968-ci ildə İslam Dünyası Qarilər Birliyinin rəisi seçilmişdir.

O, bütün Qurani-Kərimi tərtil tilavəti ilə audiokasset üzərinə yazan ilk şəxsdir.

http://iqna.ir/fa/news/3795927

captcha