IQNA

İordaniyada qadınlar arasında beynəlxalq Quran yarışları başladı

13:14 - March 09, 2019
Xəbər sayı: 3484812
İordaniyanın qadınlar arasında 14-cü Beynəlxalq Qurani-Kərim Yarışları bu gün (9 Mart 2019) paytaxt Omanda öz işinə başlayıb. Yarışlarda müxtəlif ölkələrdən 35 nəfər iştirak edir.

İordaniyada qadınlar arasında beynəlxalq Quran yarışları başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın qadınlar arasında 14-cü Beynəlxalq Qurani-Kərim Yarışları bu gün (9 Mart 2019) paytaxt Omanda öz işinə başlayıb.  

Bu yarışlarda İslam dünyası və Avropa ölkələrindən 35 xanım Qurani-Kərimin hifzi və tilavəti üzrə Oman şəhərinin "Məlik Müəssis" məscidinin toplantı zalında keçirilir.

İordaniyanın Dini Müqəddəslər, İslami İşlər və İslami Fondlar Nazirliyinin bu barədə verdiyi məlumata görə, yarışlar Mart ayının 14-dək davam edəcəkdir.

Əbdünnasir Əbulbəsəl - İordaniyanın Dini Müqəddəslər, İslami İşlər və İslami Fondlar Nazir deyib: Bu ilki yarışlarda ilk dəfə olaraq Qüds şəhərindən də xanım iştirakçımız vardır. Qüdsdən iştirakçımızın olması İordaniyanın müsəlmanların ilk qibləsi Əqsa məscidi ilə möhkəm əlaqələrinin göstəricisidir.

Qeyd edək ki, bu yarışlara İran İslam Respublikasını ölkə üzrə yarışların ikincisi Quran hafizi və həm də tibb bacısı Fatimə Şirazi təmsil edir. Keçən il isə İordaniyadakı bu yarışların üçüncüsü görmə qüsuru olan iranlı xanım Məryəm Şəfi olmuşdu.

http://iqna.ir/fa/news/3796126

captcha