IQNA

İmam Kazimin (ə) zəvvarları yoluna Quran dayanacaqları – Foto

23:39 - April 02, 2019
Xəbər sayı: 3484921
Vilayət və imamət səmasının 7-ci parlaq ulduzu Həzrət İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü mərasimi ilə bağlı minlərlə insan daxildən və xaricdən İraqın Kazimeyn şəhərinə üz tutub.

İmam Kazimin (ə) zəvvarları yoluna Quran dayanacaqları – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, vilayət və imamət səmasının 7-ci parlaq ulduzu Həzrət İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü mərasimi ilə bağlı minlərlə insan daxildən və xaricdən İraqın Kazimeyn şəhərinə üz tutub.

İmam Hüseyn (ə) ziyarətgahının Darul-Quran idarəsi zəvvarların ziyarətə getdiyi yollarda Quran dayanacaqları qurub. Bu dayanacaqlarda zəvvarala düzgün və səhih Quran oxumaq, xüsusilə də Quranın kiçik surələri və namazın qiraətini düzgün oxumaq öyrədilib.

Bu barədə İmam Hüseyn (ə) ziyarətgahının Darul-Quran idarəsinin media şöbəsinin məsulu Səfa Seylavi mətbuat açıqlamasında xəbər verib.

O əlavə edib: İmam Hüseyn (ə) ziyarətgahının Darul-Quran idarəsinin çap və nəşr etdiyi Quran braşurları və kitabçalarızəvvarlar arasında paylanılıb.  

Qeyd edək ki, vilayət və imamət səmasının 7-ci parlaq ulduzu Həzrət İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü mərasimində zəvvarların piyada yürüşünə İraqın Baş Naziri Adil Əbdülmehdi də qatılıb. O, zəvvarlara Bağdadın şimalında Kəriat körpüsündə qoşulub.  

Xatırladaq ki, İraqda İmam Kazimin (ə) şəhadət günü (25 Rəcəb) bu günüə (2 Aprel 2019) təsadüf etmişdi.

Bu münasibətlə ölkənin Bağdad, Misan, Vasit, Ziqar və əl-Müsənna şəhərlərində iş tətil edilib.     

http://iqna.ir/fa/news/3800712

راه‌اندازی ایستگاه‌های قرآنی در مسیر زائران امام کاظم(ع)

راه‌اندازی ایستگاه‌های قرآنی در مسیر زائران امام کاظم(ع)

راه‌اندازی ایستگاه‌های قرآنی در مسیر زائران امام کاظم(ع)

captcha