IQNA

11:43 - April 06, 2019
Xəbər sayı: 3484946
Dünən cümə günü ilə əlaqədar Qəzzada 53-cü Böyük Qayıdış yürüşü keçirilib. Qəzzanı ayıran blokada sərhədinin qarşı tərəfində mövqe tutmuş işğalçı İsrail ordusu dinc nümayişçiləri intensiv atəşə tutub.

İsrail Qəzzada cümə yürüşünü atəşə tutubİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən cümə günü ilə əlaqədar Qəzzada 53-cü Böyük Qayıdış yürüşü keçirilib. Qəzzanı ayıran blokada sərhədinin qarşı tərəfində mövqe tutmuş işğalçı İsrail ordusu dinc nümayişçiləri intensiv atəşə tutub.

Maide.Az Felestin.info-a istinadla xəbər verir ki, yürüş iştirakçılarına odlu silahlardan və qaz bombaları ilə açılmış atəş nəticəsində azı 83 nəfər yaralanıb.

Bu barədə açıqlama verən Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qidra bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır.

Yürüşü izləyən şahidlərin sözlərinə görə, işğalçı ordu bu dəfə dinc nümayişçilərə qarşı naməlum tərkibli qırmızı rəngli qazlardan istifadə edib. Atılmış qaz qumbaralarından xaric olaraq ətrafa yayılan qırmızı rəngli qazın zəhərli olduğu güman edilir.

Bildirək ki, 2018-ci ilin 30 mart tarixindən başlamış Böyük Qayıdış yürüşlərində mənbələrin yazdığına görə bugünədək 282 nəfər həlak olub, 31 min nəfər yaralanıb. Yaralılardan 500 nəfərin vəziyyəti ağırdır.

Teqlər: İsrail ، Qəzza ، Fələstin ، iqna ، Quran
Ad:
E-poçt:
* Comment:
* captcha: