IQNA

7:05 - April 07, 2019
Xəbər sayı: 3484952
Mərasimdə 125 nəfər Quran hafizi mükafatlandırılıb. Onların arasında qız və oğlanlardan ibarət 40 nəfər azyaşlı Quran hafizi də olub. Quran hifzi məzunların ən yaşlısının isə əlli yaşı olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Yəmənin Türəym şəhərində keçirilən mərasimdə Quran hafizi olan 40 azyaşlı oğlan və qız mükafatlandırılıb.

Yəmənin Həzərmut əyalətinin Türəym şəhərinin "əd-Dəvət" xeyriyyə cəmiyyəti tərəfindən dini təlim mərkəzlərinin tələbələri və öyrənciləri üçün məzunluq mərasimi keçirilib.

Bu mərasimdə 125 nəfər Quran hafizi və dini mübəlliğ təqdir edilib. Onların arasında qız və oğlanlardan ibarət 40 nəfər azyaşlı Quran hafizi də olub. Quran hifzi məzunların ən yaşlısının isə əlli yaşı olub.

Qeyd edək ki, bu mərasim Yəmənin dini mərkəzlərinin təlim kurslarını başa vuran tələbələr üçün keçirilən altıncı mərasimdir.

http://iqna.ir/fa/news/3801318/

Ad:
E-poçt:
* Comment:
* captcha: