İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Əsyut əyalətində keçirilən mərasimdə Qurani-Kərimin və xristianların müqəddəs kitabı İncilin hafizləri mükafatlandırılıb.
"AhlMasrNews" informasiya portalının paylaşdığı məlumata əsasən, həftənin Şənbə günü (5 Aprel 2019) keçirilən mərasimdə İncili əzbər bilən xristian şagirdlərə və Qurani-Kərimin hafizlərə dəyərli hədiyyələr verilib.
Bu mərasimdə "Məən" (hamı birlikdə) devizi ilə Misrin kilsə məktəblərindən biri olan "əs-Səlam" mədrəsəsində keçirilib.
Qeyd edək ki, Quran hafizləri və İncili əzbərləyənlərin eyni zaman və məkanda mükafatlandırılması mərasimi ilk dəfədir Misrdə keçirilir.