"Micropole" şirkəti tərəfindən dizayn mühəndisi olaraq 2008-ci ildə işə götürülən Əsma Bounaouil iş yerində hicab taxdığı üçün vəzifəsindən kənarlaşdırılmışdı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın Versal Kassasiya Məhkəməsi iş yerində hicab taxdığı üçün 2008-ci ildə işdən çıxarılan qadının iddiasını təmin edib.