IQNA

11:39 - April 27, 2019
Xəbər sayı: 3485041
Şri-Lankanın şərqində polisi silahlı terrorçuların gizləndikləri məxfi sığınacağa hücum edib. Təhlükəsizlik qüvvələri və polis tərəfindən mühasirəyə alınan terrorçular intihara əl atıblar.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün (27 Aprel 2019) Şri-Lanka polisi intiharçı terrorçuların törətdikləri partlayışda 15 nəfərin öldüyünü elan edib.

Şri-Lankanın şərqində polisi silahlı terrorçuların gizləndikləri məxfi sığınacağa hücum edib. Təhlükəsizlik qüvvələri və polis tərəfindən mühasirəyə alınan terrorçular intihara əl atıblar.  

İntiharçı terroristlərin Kalmunay rayonunda törətdikləri bu cinayət nəticəsində 15 nəfər, o cümlədən üç qadın və altı uşaq həyatını itirib.

Şri-Lanka polisi hadisə baş verən ərazidəki otaqlardan birində 3 nəfər kişi cəsədinin aşkar olduğunu elan edib. Bu cəsədlərin terrorçulara aid olduğu ehtimal edilir.  

Qeyd edək ki, bir neçə gün öncə, xristianların bayram günü, Aprel ayının 21-də Şri-Lankanın üç kilsəsi və dörd hotelində də terror partlayışı törədilmişdi. Bu hadisədə 350 nəfər ölmüş və 500 nəfər yaralanmışdı.

Şri-Lanka vətəndaşları və həmçinin xarici vətəndaşların da öldüyü bu terror hadisəsinin məsuliyyətini İŞİD öz üzərinə götürüb.  

http://iqna.ir/fa/news/3806621  

Teqlər: şri lanka ، terror ، işid
Ad:
E-poçt:
* Comment:
* captcha: