IQNA

12:14 - April 27, 2019
Xəbər sayı: 3485042
Liviyanın Türkiyədə yaşayan baş müftisi Sadiq əl-Güryani Ümrə və Təməttö Həccinə bir dəfədən artıq getməyin icazəli olmadığını deyib və Allah qarşısında fətvasının məsuliyyətini öz üzərinə götürüb.

Liviyanın baş müftisi Sadiq əl-Güryani Ümrə və Təməttö Həccinə bir dəfədən artıq getməyin icazəli olmadığını deyib.

O vurğulayıb: Həcc ziyarətinə çox getmək (terrorçu) Səudiyyə Ərəbistanını iqtisadi baxımdan dəstəkləmək deməkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "eremnews.com" saytına istinadla verdiyi xəbərə görə, hazırda Türkiyədə yaşayan Sadiq əl-Güryani "ət-Nənasuh" peyk televiziya kanalından yayımlanan "İslam və Həyat" proqramında deyib: Liviya və bütün müsəlman xalqlarından istəyirəm ki, Həcc və Ümrəyə bir dəfədən artıq getməsinlər. Bir dəfə Həccə və ya Ümrəyə gedən müsəlmana ikinci dəfə Həccə getmək icazə deyil. Çünki bu iş (ikinci dəfə Həccə getmək) Səudiyyə hakimiyyətinin iqtisadiyyatını dəstəkləmək deməkdir.

Müfti əlavə edib: Həcc və Ümrəyə təkrar getməyin zərəri faydasından çoxdur. Və mən Allah qarşısında bu fətvanın məsuliyyətini qəbul edirəm.

Liviya müftisi "Milli Vifaq Dövləti Mübarizləri"ni mücahid adlandıraraq onları dəstəkləməyi zəruri hesab edib. Və bunun üçün xalqdan zəkatlarını onların ehtiyaclarını təmin etmək üçün verməklərini istəyib.        

http://iqna.ir/fa/news/3806510

Teqlər: türkiyə ، liviya ، baş müfti ، həcc ، ümrə
Ad:
E-poçt:
* Comment:
* captcha: