IQNA

17:42 - April 28, 2019
Xəbər sayı: 3485048
Yəmənə göndərilən 500 qida paketindən 300 qida paketi Təez və əl-Hüdeydə şəhərlərindəki qaçqınlara verilib. Digər 200 qida paketi isə Xurmakser şəhərinin şagird və tələbələri arasında paylanılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Yəmənin Ədən əyalətində ehtiyaclılar arasında qida paketləri paylayıb.

Bu barədə "AA" xəbər və informasiya portalı məlumat yayıb. Məlumatda deyilir ki, Türkiyə Qırmızı Aypara Cəmiyyəti qida məhsullarını ehtiva edən 500 bağlamanı Yəmənli ehtiyaclılara çatdırıb.

Türkiyə Qırmızı Aypara Cəmiyyətinin qrup rəisi Mustafa Aydın deyib: Yəmənə göndərilən 500 qida paketindən 300 qida paketi Təez və əl-Hüdeydə şəhərlərindəki qaçqınlara verilib. Digər 200 qida paketi isə Xurmakser şəhərinin şagird və tələbələri arasında paylanılıb.

Mustafa Aydın açıqlamasına bildirib: Türkiyə Qırmızı Aypara Cəmiyyəti Aprel ayının 20-dən indiyədək mübarək Ramazan ayının yaxınlaşması münasibəti ilə Yəmənin Məarib, Həzərmut, Ədən, Lahic və Təez əyalətlərində 11 min ədəd qida paketi paylayıb. Habelə Mart ayı ərzində əl-Covf və Məarib əyalətlərinin sakinləri arasında 8 min ədədə qida məshulları ehtiva edən paketlər paylanılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi terrorçu və işğalçı koalisiya 2015-ci ildən indiyədək Yəmən xalqını qətliam edir. Bu qeyri-bərabər döyüşdə minlərlə yəmənli şəhid olub, milyonlarla yəmənli evindən didərgin düşüb və Yəmən xalqı aclıq və müxtəlif böhranlardan əziyyət çəkir.

http://iqna.ir/fa/news/3807049

Ad:
E-poçt:
* Comment:
* captcha: