IQNA

Kalimantanda Quran yarışlarının final mərhələsi keçirilib

16:16 - May 01, 2019
Xəbər sayı: 3485067
İndoneziya, Malayziya və Sinqapurun Dini Nazirlər Şurası tərəfindən 264 nəfərin iştirakı ilə keçirilən Bruney milli Quran hifzi və qiraəti yarışlarının final mərhələsinə 25 nəfər vəsiqə qazanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "borneobulletin" informasiya portalına istinadla verdiyi xəbərə görə, Kalimantanın (Borneo = Bruney) milli Quran hifzi və qiraəti yarışlarının yarımfinal mərhələsi dünən, həftənin birinci günü, 30 Aprel 2019-cu il, Bruneyin Dini Nazirlər Şurasının təşəbbüsü ilə Berakas Beynəlxalq Konqres Mərkəzində keçirilib.

Bruney, İndoneziya, Malayziya və Sinqapurun Dini Nazirlər Şurası tərəfindən 264 nəfərin iştirakı ilə keçirilən Kalimantan (Bruney) milli Quran hifzi və qiraəti yarışlarının final mərhələsinə 25 nəfər vəsiqə qazanıb.

Bu yarışların final mərhələsinin peşəkar Quran qiraəti üzrə iştirakçıları bu gün yarışıblar və yarışlar gün ərzində davam edəcək. Qurani-Kərimin hifzi üzrə final yarışları isə sabah, həftənin Cüməaxşamı günü, 2 May 2019-cu il tarixində keçiriləcək.

http://iqna.ir/fa/news/3807911

captcha