IQNA

Bu ölkədə Ramazan ayı münasibətilə 300 yeni tikilmiş məscidin açılışı olacaq

13:25 - May 03, 2019
Xəbər sayı: 3485078
Yaxın bir həftə ərzində mübarək Ramazan ayı  münasibətilə Misrin müxtəlif əyalətlərində yerləşən 300 məscid istifadəyə veriləcək. Bunu Misirin Vəqflər Naziri  Məhəmməd Muxtar Cümə deyib. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiyi) “alderaah” saytına istinadən verdiyi xəbərə görə, yaxın bir həftə ərzində Ramazan ayı  münasibətilə 300 məscid istifadəyə veriləcək. Bunu Misirin Vəqflər Naziri  Məhəmməd Muxtar Cümə deyib. 

Misirin   “Harayah Raznah” bölgəsində  “Əhməd Ərabi” məscidinin açılışında çıxış edən  M.Muxtar Cümə bildirib ki, yeni tikilmiş 300 məscidin açılış mərasiminin bir həftə ərzində  keçirilməsi bəlkədə Misir və dünya tarixində ilkdir və misli görünməmişdir. 
 
Qeyd edək ki, ötən gün açılışı olan “Əhməd Ərabi” məscidi  1200 kvadrat metr ərazidə  tikilib. Məscidin tikintisi üçün 15 milyon Misir funtu xərclənilib. 
Teqlər: misr ، ramazan ، məscid ، iqna
captcha