İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın paytaxtı Riyaz şəhərinin "əl-Meydani" məscidinin Cümə namazı xütbələri qeyri-ərəblər üçün İngilis dilində oxunacaq.
Riyazın əl-Meydani məscidi şəhərin "əl-Vurud" rayonunda yerləşir. Bu məscidə hər Cümə namazında qeyri-ərəb namazqılanlar toplaşırlar.
Məscidin əslən Avsrtaliyadan olan xətibi Məhəmməd Əbu Şəban bu barədə deyib: Cümə namazı xütbələrinin İngilis dilinə tərcümə edilməsini xarici namazqılanlar istəyiblər. Biz xütbələrin İngilis dilində oxunmasını İslami İşlər Nazirliyinin həmkarlığı ilə on il öncədən başlamışdıq. Daha sonra isə məscidin "youtube" kanalını təsis etdik. Əvvəlcə xütbələrin videoyazısı hazırlanır, daha sonra isə yayımlanır.
O əlavə edib: Ərəbistanda bir çox xarici vətəndaşlar var ki, Ərəbcə danışa bilmirlər və İngilis dilindəki xütbələrdən istifadə edirlər. Bu illər ərzində hətta qeyri-müsəlmanlar da məscidə gəlirdilər və onlardan bir çoxu İslam dinini qəbul edib.