IQNA

16:50 - May 31, 2019
Xəbər sayı: 3485235
Londonda Beynəlxalq Qüds günü yürüşünün keçirildiyi küçənin yaxınlığında sionistlər də etiraz mitinqi keçirərək, Beynəlxalq Qüds günü yürüşünə mane olmağa çalışıblar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq Qüds günü yürüşü böyük bir izdihamla qeyd olunub.
 
Londonda keçirilən “Sən Kimin Tərəfindəsən?” adlı Beynəlxalq Qüds günü yürüşündə yüzlərlə insan iştirak edib. Fələstin bayraqlarını dalğalandıran britaniyalı nümayişçilər yürüş vaxtı “Fələstinə azadlıq!”, “İsrail rejimi yer üzündən silinməlidir!”, “İsrail rejiminə ölüm” şüarlarını səsləndiriblər.
 
Yürüşə müsəlmanlarla yanaşı, digər dinlərin nümayəndələri, o cümlədən yəhudilərin və xristianların da qatıldığı bildirilir.
 
Londonda Beynəlxalq Qüds günü yürüşünün keçirildiyi küçənin yaxınlığında sionistlər də etiraz mitinqi keçirərək, Beynəlxalq Qüds günü yürüşünə mane olmağa çalışıblar.
 
Yürüş vaxtı London polisi güclü təhlükəsizlik tədbirləri həyata keçirib və insidentin yaşanmasına mane olub. /deyerler.org /
 
Teqlər: qüds günü ، london ، london ، iqna
Ad:
E-poçt:
* Comment: