IQNA

16:54 - May 31, 2019
Xəbər sayı: 3485236
İllərdir Fələstin liderlərinin şəklini qoyub altında da ermənilərə dəstək "mesajı" yazır və bunu tirajlayırlar. "İsrail bizim dostumuzdur, bizə silah verir" fikrini ortalığa atırlar."
Hər il ənənəvi olaraq bir qrup şəxs, hansı ki, içərisində ziyalılar da olan Qüds günü ərəfəsində bu sualı verirlər. "Bu İsrail və Fələstinə aid olan məsələdir, bizə nə?" kimi fikirlər ortaya çıxır. Fərz edək ki, bu məsələnin bizə dəxli yoxdur. O zaman belə bir fikir ortaya çıxır. Qarabağ məsələsində niyə dünyadan mədət umuruq? Bu məntiqlə Qarabağ məsələsi bizim və ermənilərin məsələsidir. Amma...
 
Qüdsün bizə nə dəxli var?
 
1. Həm Fələstin, həm də Azərbaycan xalqlarının torpağı işğal olunub.
 
2. Hər iki xalq zülmə məruz qalıb. 
 
3. Həm Qüdsdə, həm də Qarabağda minlərlə insan qətlə yetirilib. 
 
4. Həm Qüds, həm də Qarabağ haqqı olanın deyil.
 
5. Beynəlxalq ictimaiyyət bu məsələdə sadəcə susur.
 
6. Bu gün həm Qüdsdə, həm də Qarabağda yenə insanlar öldürülür.
 
7. Həm Qüdsdə, həm də Qarabağda maddi və mədəni irs dağıdılıb, təhrif edilir.
 
8. Həm Qüds, həm də Qarabağ məsələsində "sülh carçıları" işğalının mövqeyini dəstəkləyir.
 
9. Həm Qüds, həm də Qarabağ eyni dərddədir.
 
10. Və nəhayət, Qüds və Qarabağ işğaldan azad olunmalı, sahibinə qaytarılmalıdır.
 
Bütün bunlar bir sözü təsdiq edir ki, Qüdsün elə deyəsən bircə bizə aidiyyatı var.
 
Əks arqumentlərə baxaq. İllərdir Fələstin liderlərinin şəklini qoyub altında da ermənilərə dəstək "mesajı" yazır və bunu tirajlayırlar. "İsrail bizim dostumuzdur, bizə silah verir" fikrini ortalığa atırlar. Zülmə məruz qalan hər iki tərəf işğalçını "dəstəkləyir." Bu hansı məntiqdir? Əslində bir az düşünəndə yuxarıda sadalanan məsələlərin hardan qaynaqlandığını aşkara çıxır. 
 
İşğalçıdan hər iki tərəf üçün "dost" obrazı yaradaraq əslində eyni mahiyyəti məsələləri bir-birindən ayırmaqla unutdurmağa çalışırlar. 
İndi sual veririk? Bütün bunlardan sonra "Qüdsün bizə dəxli varmı?"
 
 Maide.Az 
Teqlər: iqna ، qüds ، qarabağ ، fələstin
Ad:
E-poçt:
* Comment: