IQNA

Nigeriya şiələri Şeyxlərinə dəstək aksiyası keçirdilər

7:02 - July 03, 2019
Xəbər sayı: 3485440
Şeyx İbrahim Zəkzaki dörd il öncə həyat yoldaşı ilə birlikdə qeyri-qanuni olaraq Nigeriya dövləti tərəfindən həbs ediliblər. Nigeriya Ali Məhkəməsi onların günahsız olduqları barədə bəraət hökmü verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya şiələrinin mənəvi lideri və Nigeriya İslam Hərəkatının rəhbəri Höccətul-İslam vəl-müslimin Şeyx İbrahimin Zəkzakinin həbsxanadakı durumu, qanında qurğuşun və kadmium çoxluğundan zəhərlənmə əlamətinin olması barədə tibbi qrupun hesabatı yayıldıqdan sonra bu ölkənin şiələri paytaxt Əbucada izdihamlı aksiya keçiriblər.

Cari həftənin birinci günü aksiya keçirən şiələr Şeyx İbrahim Zəkzakinin azadlığını tələb ediblər və rəhbərlərinin qeyri-qanuni həbsinə və zəhərlənməsinə görə Nigeriya prezidenti Məhəmməd Buharini günahkar və cavabdeh hesab ediblər.   

Qeyd edək ki, Nigeriya İslam Hərəkatının rəhbəri Höccətul-İslam vəl-müslimin Şeyx İbrahim Zəkzaki dörd il öncə həyat yoldaşı ilə birlikdə qeyri-qanuni olaraq Nigeriya dövləti tərəfindən həbs ediliblər. Nigeriya Ali Məhkəməsinin onların günahsız olduqları barədə hökm çıxarmasına baxmayaraq dövlət indiyədək Şeyxi və xanımını azadlığa buraxmaq istəmir.  

http://iqna.ir/fa/news/3823932

تظاهرات گسترده شیعیان نیجریه در حمایت از شیخ زکزاکی
 
 
تظاهرات گسترده شیعیان نیجریه در حمایت از شیخ زکزاکی
 
 
تظاهرات گسترده شیعیان نیجریه در حمایت از شیخ زکزاکی
 
 
تظاهرات گسترده شیعیان نیجریه در حمایت از شیخ زکزاکی
Teqlər: iqna ، nigeriya ، Şeyx zəkzaki
captcha